Vaxt.Az

Etirafçı olmaq istəyənlər var


 

İstanbulda korrupsiya və terror əməliyyatında hərəkətlilik

Etirafçı olmaq istəyənlər var İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun rəhbərlik etdiyi 560 milyard lirəlik korrupsiya ilə bağlı istintaq davam edərkən, saxlanılan şübhəlilərdən bəzilərinin peşmanlıq qanunundan faydalanmaq üçün etirafçı olmaq istədikləri öyrənilib.

Alınan məlumata görə, iki ayrı istintaq çərçivəsində aralarında İstanbul İBB sədri Əkrəm İmamoğlu, Bəylikdüzü Bələdiyyə sədri Murad Çalık, Şişli Bələdiyyə sədri Rəsul Əmrah Şahan və müğənni Ercan Saatçinin də olduğu 87 şübhəlinin dindirilməsi davam edir.

Rüşvətxorluqdan tutmuş çirkli pulların yuyulmasına və dələduzluğa qədər müxtəlif ittihamlarla əsas şübhəli kimi saxlanılan Əkrəm İmamoğlu hələ ifadə verməyə başlamayıb. Gecəni təcridxanada tək keçirən İmamoğlu 560 milyard lirəlik korrupsiya ilə bağlı sorğu-sual olunacaq.

 

ƏMƏLİYYATLARIN YENİ DALĞASI BAŞLAYA BİLƏR

 

Digər tərəfdən, istintaq davam edərkən, saxlanılan şübhəlilərdən bəzilərinin peşmanlıq qanunundan üçün etirafçı olmaq istədikləri və bildiklərini söyləmək üçün prokurorluq və hüquq-mühafizə orqanlarına müraciət etdikləri öyrənilib. İstanbul Polis İdarəsində həbsdə olan şübhəlilərin etirafları əsasında yeni əməliyyat dalğasının başlaya biləcəyi iddia edilir. Etiraf etmək istədikləri anlaşılan sözügedən şübhəlilərin istəklərini polis və prokurorluğa bildirdikləri öyrənilib.

Haqqında həbs qərarı çıxarılan 106 şübhəlidən 87-si dünən keçirilən əməliyyatda saxlanılıb, 19 qaçan şəxsin tutulması istiqamətində işlərin davam etdiyi bildirilib. 560 milyard lirəlik korrupsiyada Medya A.Ş., Kültür A.Ş., KİPTAŞ, İSPARK şirkətləri ilə əlaqəli adlar tenderi saxtalaşdırmaq, ağır fırıldaqçılıq, şəxsi məlumatların qanunsuz əldə edilməsi, rüşvətxorluq və hədə-qorxu ilə tələb etməkdə ittiham olunur.

 





20.03.2025    çap et  çap et