***
Bəyanatda deyilir ki, İrandan yüz milyardlarla dollar dəyərində xam neft alan və emal edən Çində yerləşən “Teapot” neft emalı zavodu və onun baş direktoru sanksiyalar siyahısına əlavə edilib.
Açıqlamada kiçik miqyaslı və müstəqil olduğu üçün “Teapot” adlandırılan neft emalı zavodunun husilərlə və İran Müdafiə Nazirliyi ilə əlaqəsi olan və İran neftini daşıyan bəzi “kölgə donanması” gəmilərindən neft qəbul etdiyi bildirilir. İran neftini “Teapot” neft emalı zavodlarına daşıyan 19 şirkət və gəminin də investisiya siyahısına daxil edildiyi bildirilib.
***
Bəyanatda açıqlamalarına yer verilən ABŞ Maliyyə Naziri Skott Bessent deyib ki, İran neftinin “Teapot” neft emalı zavodları tərəfindən alınması rejimin əsas iqtisadi həyat xəttini təşkil edir.
“Birləşmiş Ştatlar Tehrana terrorizmi maliyyələşdirməyə və nüvə proqramını inkişaf etdirməyə davam etməyə imkan verən gəlir axını kəsməkdə qərarlıdır”, – Bessent bildirib.
ABŞ Dövlət Departamenti də sanksiyalar siyahısında olan gəmidən İran xam neftini alıb saxladığı üçün Çindəki neft terminalına sanksiya tətbiq edib.