Vaxt.Az

Sonsuz kosmosda mühüm kəşf


 

NASA “Böyük Çarx”ın sürətlə böyüdüyünü açıqladı

Sonsuz kosmosda mühüm kəşf Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) kosmosun dərinliklərində nəhəng yeni qalaktikanın kəşf edildiyini açıqlayıb. “Böyük Çarx” adlanan qalaktikanın sürətlə aktiv şəkildə böyüdüyü müəyyən edilib.

Nəhəng qalaktika NASA-nın “James Webb” Kosmik Teleskopu (“JWST”) ilə aparılan dərin müşahidələr nəticəsində aşkar edilib.

“The Great Wheel” adlı qalaktikanın tapıntıları “Nature Astronomy” jurnalında dərc olunub.

“JWST”in ətraflı müşahidələri göstərdi ki, “Böyük Çarx” ölçüsü və fırlanma sürəti baxımından müasir kainatdakı ən böyük “super spiral” qalaktikalarla müqayisə edilə bilər.

Qeyri-adi dərəcədə böyük olan “Böyük Çarx”in də eyni kosmik yaşda olan digər qalaktikalara bənzər sürətlə aktiv şəkildə böyüdüyü müəyyən edilib.

 





21.03.2025    çap et  çap et