Ağ Evin paylaşdığı sərəncamda ABŞ-ın bir vaxtlar dünyanın ən böyük qiymətli minerallar istehsalçısı olduğu, lakin sərt federal qaydalara görə tənəzzülə uğradığı qeyd edilib.
Fərmanda ölkənin milli və iqtisadi təhlükəsizliyinin xarici güclərin mineral hasilatından asılılığı səbəbindən ciddi təhdid altında olduğu vurğulanıb və ABŞ-ın mineral hasilatını maksimum dərəcədə artırmaq üçün təcili tədbirlərin görülməsinin milli təhlükəsizlik baxımından vacib olduğu bildirilib.
Fərmanda federal qurumlara 10 gün ərzində bütün mövcud mineral hasilatı layihələrinin siyahısını Milli Enerji Suverenliyi Şurasının sədrinə təqdim etmək tapşırılıb və tez bir zamanda təsdiq oluna biləcək layihələrin müəyyən ediləcəyi və icazə proseslərinin sürətləndiriləcəyi qeyd edilib.
Həmçinin məlumat verilib ki, Daxili İşlər Nazirliyi bütün federal torpaqları faydalı qazıntı ehtiyatları ilə müəyyənləşdirəcək və onları faydalı qazıntı istehsalı və mədənçıxarma ilə bağlı fəaliyyətlər üçün prioritetləşdirəcək və yerli mineral istehsalına dəstək üçün xüsusi fondun yaradılması planı hazırlanacaq.