Vaxt.Az

Rusiyada gəlirlər düşür


 

Ən böyük neft şirkətinin qazancı 14,4 faiz azalıb

Rusiyada gəlirlər düşür Rusiyanın ən böyük neft şirkəti “Rosneft”in xalis mənfəətinin 2024-cü ildə əvvəlki illə müqayisədə 14,4 faiz azalaraq 1,08 trilyon rubla (təxminən 12,7 milyard dollar) çatıb.

“Rosneft”in açıqlamasında bildirilir ki, şirkət ötən il 184 milyon ton neft və 87,5 milyard kubmetr təbii qaz hasil edib.

Açıqlamada şirkətin sözügedən dövrdə 3 trilyon rubl gəlir əldə etdiyi, xalis mənfəətinin isə yüzdə 14,4 azalaraq 1 trilyon 8 milyard rubl olduğu bildirilib.

Açıqlamada fikirləri yer alan “Rosneft”in baş direktoru İqor Seçin şirkətin mənfəətinin azalmasının əsas səbəbi kimi mənfəət vergisi dərəcəsinin artırılmasını göstərib.

Seçin, Rusiyada yüksək siyasət faizinə görə faiz ödənişlərində artım olduğunu və bu mənfi təsirlərin bəzi əsas layihələrin istifadəyə verilməsi ilə aradan qaldırıldığını qeyd edib.

 





20.03.2025    çap et  çap et