Vaxt.Az

Gecikmiş sərnişinlərə cəza


 

Avropanın ən ucuz aviaşirkətindən yeni cərimə – 100 avro

Gecikmiş sərnişinlərə cəza Avropanın ən ucuz aviaşirkəti uçuşa 40 dəqiqə qalmış qeydiyyatdan keçməyən sərnişinlərə 100 avro cərimə tətbiq edən yeni qaydanı tətbiq edib. 2025-ci ilin noyabr ayından etibarən kağız talonları tamamilə ləğv ediləcək və yalnız rəqəmsal minmə talonlarından istifadə ediləcək.

İrlandiyada yerləşən Avropanın ən ucuz hava yolu şirkəti “Ryanair”, 10 mart 2025-ci ildə yenilənmiş daşıma şərtlərinə yeni bənd əlavə edib. Buna görə uçuşa 40 dəqiqə qalmış qeydiyyat məntəqəsinə gələn sərnişinlər 100 avro cərimə ödəyəcəklər.

Şirkətin məqsədi uçuşların gecikmələrinin qarşısını almaq və sərnişinləri onlayn qeydiyyatdan keçməyə təşviq etməkdir. Bu əlavə rüsum təkcə gecikmiş sərnişinləri deyil, həm də reysini yarımçıq qoyan və növbəti mövcud reysə keçmək istəyən sərnişinləri əhatə edir.

***

“Ryanair” uzun müddətdir planlaşdırdığı rəqəmsallaşma prosesini sürətləndirəcəyini və 3 Noyabr 2025-ci il tarixindən kağız minmə biletlərini tamamilə ləğv edəcəyini açıqlayıb. Sərnişinlər “myRyanair” proqramı vasitəsilə rəqəmsal minmə talonunu yaratmalı olacaqlar.

Şirkət bildirir ki, bu yenilik bir çox üstünlüklər təqdim edir. Yeni sistemlə sərnişinlər real vaxt rejimində uçuş məlumatlarını izləyə, uçuşların dayandırılması zamanı alternativ marşrutları görə, terminal, qapı və gediş prosesləri ilə bağlı ani yeniləmələri ala biləcəklər. Bundan əlavə, sərnişinlərin birbaşa təyyarədəki yerlərindən sifarişlərini verə və prioritet xidmət ala biləcək yeni funksiya işə salınacaq.

 





21.03.2025    çap et  çap et