Vaxt.Az

Şimali Koreya yeni raketini yoxladı


 

Kim Çen In son zenit sisteminin sınağına nəzarət edir

Şimali Koreya yeni raketini yoxladı Şimali Koreyanın rəsmi xəbər agentliyi (KCNA) bildirib ki, dünən Şimali Koreya lideri Kim Çen Inın iştirakı ilə ən son zenit-raket kompleksinin sınağını keçirib.

Agentliyə açıqlamasına görə, sınaqlar sistemin “sürətli döyüş reaksiyasını” nümayiş etdirib və Cənubi Koreyanın ABŞ-la illik böyük hərbi təlimlərə başlamasından bir həftə sonra baş verib. Kim zenit sistemini tərifləyib və ordusunun təqdirəlayiq döyüş performansına malik daha bir böyük müdafiə sistemi ilə təchiz ediləcəyini söyləyi. Sınağın harada keçirildiyinə dair məlumat verilməyib

Seul bazar ertəsi bildirib ki, Cənubi Koreya qoşunları Cənubi Koreyada yerləşən ABŞ hərbçiləri ilə dünən sona çatan birgə təlimlərə başladıqdan sonra Şimali Koreya bir neçə naməlum ballistik raket atıb. Ayrı bir bəyanatda Şimali Koreya Müdafiə Nazirliyinin sözçüsü hərbi təlimləri aqressiv müharibə təlimi kimi pisləyib.

Pxenyan bildirib ki, fevralın sonunda Sarı dənizdə strateji qanadlı raketi sınaqdan keçirərək əks-hücum imkanlarını nümayiş etdirib. Şimali Koreyanın keçən il BMT sanksiyalarını açıq şəkildə pozaraq bir neçə ballistik raket buraxmasından sonra Pxenyan və Seul arasında münasibətlər son illərdə ən aşağı həddə çatıb.

Məlumata görə, iki Koreya 1950-1953-cü illərdə davam edən münaqişə sülh müqaviləsi ilə deyil, atəşkəslə başa çatdıqdan sonra nəzəri olaraq müharibə vəziyyətindədir.

 





21.03.2025    çap et  çap et