Vaxt.Az

Kabab iyinə getdi…


 

İrəvanda heç kəsməyə eşşək tapmırlar, qaldı ki dağlamağa ...

Kabab iyinə getdi… Cavid Orucov İrəvana kabab iyinə getmişdi, görüb orada ermənilər eşşək dağlayırlar. İndi geri dönmək həvəsinə düşüb… Qarnı acından quruldadıqca, qapılrda sülənməyi özünə həyat tərzi seçmiş, həyatı boyu arvad-uşağına müftə çörək arayan bu gədənin evləri, anası yadına düşüb. Hə, Ermənistandan sığınacaq almış Cavid Orucov Azərbaycana qayıtmaq istəyir, lakin çox nahaq. Hara istəyir sürüşüb gedə bilər, tək Azərbaycandan başqa. Xainləi hansi ölkə, hansı xalq sevir ki…

Ailəsi ilə birlikdə Ermənistanda sığınacaq almış Bakı sakini Cavid Orucov bizim nifrət bryerini aşa biləmi? Azərbaycana qayıtmaq arzusundadır… İşə bax! Üçüncü ölkəyə mühacirət etmək məqsədilə yanvar ayında həyat yoldaşı və üç kiçik yaşlı uşaqları ilə Gürcüstandan Ermənistan sərhədini keçən Cavid artıq peşman olub. Şərəfsizliyə qol qoyandan sonra…

Ermənistanda üzləşdiyi problemlər, daha doğrusu kasıbçılıq, işsizlik, pulsuzluq, pis yaşayış şəraiti və təhlükəsizliyin təmin olunmaması onu bu qərara gəlməyə vadar edib. Azərbaycanı, gözəl Bakını bəyənməyib Avropa ölkələrinin birində gözəl həyat arzusu ilə Ermənistana üz tutan Orucovlar ailəsinin gözləntiləri özünü doğrultmayıb.

Orucovlar ailəsi hal hazırda qaçqınlar yataqxanasında yaşayır və BMT Qaçqınlar Komissarlığının başqa ölkəyə köçürülməsi haqqında qərarını gözləyir. Cavid Orucov BBC Azərbaycancanın İrəvandakı müxbiri Aleksey Manvelyana müsahibəsində vəziyyətindən heç də razı olmadığını bildirib:

«Qaçqınlar üçün mərkəzdə yaşayırıq. Əsasən Suriyadan, Afrika ölkələrindən gələn qaçqınlardı burada. İrəvanda sərbəst gəzirəm yoldaşımla. Bir az qorxumuz var, cinayətkar xalqdan qorxuram. Bizim təhlükəsizliyimiz təmin olunmayıb burada. Qaçqın olaraq da heç bir yardım olunmur. Öz hesabıma dolanıram. Nə aylıq hesab görürəm, nə də bir qəpik. Bütün qaçqınlar öz hesablarına yaşayırlar. Kömək edən yoxdur. Qaçqınların məsələlərinə baxan idarəyə getdim, qapıdan içəri buraxmadılar. Belə yaşamaq çətindi. Belə getsə ailəmi Ermənistan hökumətinə tapşırıb, özüm Azərbaycana qayıdacam. Burada işləyə də bilmərəm. Ümumiyyətlə burada bizimlə maraqlananlar yoxdu. Hələ pasport da almamışıq…»

Ermənilər bu satqını İrəvanını ortasında təpiyin altına salmasalar onlardan bekara adam yoxdur.

 





14.04.2014    çap et  çap et