Vaxt.Az

Həmiltonun halqası ...


 

... Yaxud boksda açar götürüb mühəndislərə kömək edən pilot

Həmiltonun halqası ... “Formula 1” tarixinin ən böyük ittifaqı ikinci yarışda özünü doğrultdu. Lyuis Həmilton sprint sıralanmasında da olsa, pouldadır. Lyuis onsuz da Çin halqasını sevir. 2011-ci ildə burada fenomenal bir yarış qazanmışdı. Ümumilikdə bu tərz trasları xoşlayır.

Maks Ferstappen yenə də fərqini göstərdi. Son sektoru mənə Şumaxerin Monakodakı son sektorunu xatırlatdı.

“McLaren” pilotları isə bu il çempion ola bilərlər, amma ikisi də o çempionluğa layiq olmayacaq. Bir dəqiqələri o birinə uyğun gəlmir. Norris kimi şişirilən adam görməmişəm. “Ferrari”də elə pilot olsa, İtaliya mətbuatı da, tiffozilər də onun karyerasını bitirərlər. Start ala bilmir, yağışda sürə bilmir, amma boksda açar götürüb, mühəndislərə kömək etməklə, möhtəşəm pilot olur.

Üç pilot 0.08 saniyə içində oldu. Amma unutmayaq ki, bu sprint sıralanma turudur. Yəni əksəriyyət hazırda sprint sessiyalarını elə sərbəst yürüşlər kimi istifadə edirlər. Əsas sıralanma turunda güc balansı çox güman dəyişəcək.

 





21.03.2025    çap et  çap et