Vaxt.Az

“Goldman Sachs”ın türk lirəsi təhlili


 

Türkiyənin risk mükafatı bir ilin ən yüksək səviyyəsinə çatıb

“Goldman Sachs”ın türk lirəsi təhlili Türkiyənin CDS indeksi bir ilin ən yüksək səviyyəsinə qalxıb. Beş illik CDS dərəcəsi, siyasi arenadakı proseslərin təsiri ilə bir gündə 29 baz bənd artaraq 328 baz bəndinə yüksəlib.

Bu risk bəndi 2024-cü ilin martında keçirilən yerli seçkilərdən bəri ən yüksək göstəricidir.

5 illik CDS bu həftə təxminən 66 baza bəndi yüksəlmişdi.

***

“Goldman Sachs” İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun həbsindən sonra apardığı təhlildə Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) TL əmanətlərindən çıxışı məhdudlaşdırmağı hədəflədiyini bildirib.

Xarici qurumlar İstanbul Böyükşəhər Bələdiyyə sədrinin saxlanmasından ardından TL aktivlərində yaşanan təlatümləri qiymətləndirməyə davam edir.

ABŞ bankı “Goldman Sachs” da son hadisələrlə bağlı müştərilərinə nota göndərib.

“Goldman Sachs Group Inc.” iqtisadçıları Klemens Qrafe və Başak Edizgil TCMB-nin qərarının türk lirəsi depozitlərindən xaricə axını məhdudlaşdırmaq məqsədi daşıdığını bildirib.

Martın 20-də başqa bir “Goldman Sachs” eksperti Tereza Alves qeydində yazır ki, 19 Martda yaşanan siyasi proseslər TL-də daha əvvəl görülən dəyər itirmənin xatırladıb.

“Goldman Sachs” iqtisadi siyasətlər dəyişmədiyi müddətcə gəlirlərin martın 19-dan əvvəl müşahidə olunan tendensiyaya qayıdacağını bildirərkən, Türkiyə istiqrazlarında xarici sahiblik 2019-cu ildən bəri ən yüksək səviyyədə olduğu üçün Türkiyədəki proseslərin inkişaf etməkdə olan bazarlar üçün yoluxucu ola biləcəyini qeyd edib.

 





21.03.2025    çap et  çap et