Vaxt.Az

“20 il həbs cəzası”


 

Tramp hücumlarında iştirak edənlərə xəbərdarlıq etdi

“20 il həbs cəzası” ABŞ prezidenti Donald Tramp “Truth” sosial media hesabından son həftələrdə ölkə daxilində “Tesla” dilerlərinə qarşı atılan addımlarla bağlı açıqlama verib. Tramp dilerlərə hücum edənlərin 20 ilə qədər həbs oluna biləcəyini bildirib.

Tramp etirazçıları və hücumları maliyyələşdirənləri hədəf alaraq, “Teslasa təxribat törədən hər kəsi, o cümlədən hücumları maliyyələşdirən şəxsləri 20 ilə qədər həbs cəzası gözləyir. Biz sizin arxanızcayıq” deyib.

***

ABŞ mediasının məlumatına görə, şirkətin baş icraçı direktoru (CEO) İlon Maskın prezident Donald Trampla müşaviri kimi fəaliyyətinə cavab olaraq, son həftələr ölkə daxilində çoxsaylı “Tesla” avtomobilləri, dilerləri və enerji doldurma məntəqələri vandalizmə məruz qalıb.

ABŞ prokuroru Pam Bondi, “Biz hücumlarda iştirak edənləri, o cümlədən bu cinayətləri əlaqələndirmək və maliyyələşdirmək üçün pərdə arxasında fəaliyyət göstərənləri ciddi nəticələrlə araşdırmağa davam edəcəyik”, – deyib.

Keçən həftə Tramp şirkətə dəstəyini göstərmək üçün Ağ Evin girişində park edilmiş “Tesla”nın qarşısında Maskla şəkil çəkdirmişdi.

 





21.03.2025    çap et  çap et