“The New York Times” xəbərində deyilir ki, adları siyahıda olanlar indi rejimin dağılmasından qürur duyurlar.
Bildirilir ki, Suriyada bir çox insan adlarının siyahıda olub-olmaması ilə bağlı səlahiyyətli şəxslərə sual verib, sənədlərdə adları keçənlərin isə sosial şəbəkələrdə bununla öyünüblər. Bunun zülmə müqavimət göstərməyin sübutu kimi təqdim edildiyi bildirilir.
Siyahılarda adı hallananların əksəriyyətinin kişi olduğu deyilir. Həmin şəxslərin məcburi hərbi xidmətdən qaçdığı və ya Əsəd rejiminə qarşı silahlı müqavimətə qoşulduğu bildirilir. Lakin sənədlərdə qadınların, hətta uşaqların adları da var.
Suriyalı müxalif jurnalist Kazım Toğan 12 il əvvəl Səudiyyə Ərəbistanına qaçıb. O, ölkəsinə qayıdanda pasport yoxlaması zamanı adının siyahıda olub-olmadığını soruşub və onun keçmiş rejimin “235” kod nömrəsi ilə tanınan hərbi kəşfiyyat orqanı tərəfindən axtarışda olduğunu öyrənib.
Toğan, pasport məmurunun bunu ona gülümsəyərək dediyini bildirdi: “Bu gün hər bir suriyalı mütəmadi olaraq “Məni axtarılıram?” deyə soruşur. Bu, Əsəd rejimi tərəfindən saxlanılan və ya axtarışda olan hər kəs üçün qürur mənbəyidir”.
Suriya Daxili İşlər Nazirliyində çalışan Xalid Abdulla fevralın 28-də verdiyi açıqlamada Əsəd rejiminin axtarışda olanlar siyahısında təxminən 8 milyon şəxsin olduğunu bildirib.
Rəsmi bildirib ki, bunların əksəriyyəti hərbi xidmətdən yayınan və əfv olunan şəxslərdir. Digər tərəfdən, barəsində məhkəmə qərarı və ya cinayət işi açılan şəxslərin adlarının siyahıdan çıxarılmayacağını bildirib.
Noyabrın 27-də Heyət Təhrir əl-Şamın (HTŞ) başçılıq etdiyi üsyançıların başlatdığı hücumlar dekabrın 8-də rejimin devrilməsi ilə nəticələnib və Əsəd ailəsi ilə birlikdə Rusiyaya qaçıb.
Suriya prezidenti Əhməd Şara yanvar ayında xalqa ilk müraciətində, “Biz Suriyanın müxtəlifliyini, o cümlədən onun qadın, kişi və gənclərini əks etdirən hərtərəfli keçid hökuməti formalaşdıracağıq”, – deyib.