Vaxt.Az

1,2 milyon illik buz nüvələri


 

Antarktidadan çıxarılan nümunələri Avropada tədqiq ediləcək

1,2 milyon illik buz nüvələri Antarktidadan çıxarılan və yaşı 1,2 milyon ildən çox olduğu bildirilən buz nüvələri Avropa Komissiyasının dəstəklədiyi “EPICA-dan kənar – Ən qədim buz” layihəsi çərçivəsində ekspertiza üçün Avropaya göndərilib.

Layihənin internet saytında verilən açıqlamada, alimlərin buz nüvələrinin əmələ gəlməsi dövrlərində atmosfer qazları, toz və izotop kompozisiyalarını qeyd edərək, Yerin 1,2 milyon ildən çox davam edən iqlim tarixinə işıq salmağı planlaşdırdıqları bildirilib.

Açıqlamada, Antarktidada aparılan araşdırmalar zamanı təxminən 2800 metr dərinlikdən çıxarılan buz nüvələrinin tədqiqat gəmisində mənfi 50 dərəcədə saxlanılan konteynerlərdə Avropaya daşındığı bildirilib.

Buz nüvələri aprelin 22-də İtaliyaya çatacaq, oradan Almaniyaya göndəriləcək və kiçik parçalara bölünərək layihədə iştirak edən tədqiqat müəssisələrinin laboratoriyalarına paylanacaq.

Bəyanatda fikirlərinə yer verilən “Beyond EPICA” layihəsinin koordinatoru Karlo Barbante, “Keçən qazma mövsümü diqqətəlayiq bir müvəffəqiyyət oldu. Son bir neçə gündə biz son 1,2 milyon ilin və bəlkə də daha əvvəllərin keçmiş iqlim tarixini ortaya çıxaracaq təhlillər planlaşdırdıq. Nümunələrin tezliklə alınmasını səbirsizliklə gözləyirik”, – deyib.

 





21.03.2025    çap et  çap et