Dünyanın ən məşhur süni intellekt şirkəti “OpenAI”, şirkətin əvvəlki versiyalarından daha mükəmməl olduğunu iddia etdiyi API-də yeni səs yaradan süni intellekt modellərini təqdim edib.
“Biz qarşıdakı aylarda daha çox agentin meydana çıxacağını görəcəyik. Beləliklə, ümumi mövzu müştərilərə və tərtibatçılara faydalı, istifadəyə yararlı və dəqiq süni intellekt chatbotlarından istifadə etməkdə kömək etməkdir”, – deyə Olivier Qodement bildirib.
“OpenAI” iddia edir ki, onun yeni mətndən nitqə modeli olan “gpt-4o-mini-tts” nəinki daha təfərrüatlı və real səslənən nitq təmin edir, həm də əvvəlki nəsil nitq sintezi modellərindən daha çox öyrədicidir.
Süni intellekt nəhəngi tərəfindən hazırlanmış çatbotlar dəli alim və ya müəllim kimi istəyə bağlı olaraq, sakit səsdən istifadə edərək istifadəçilərə və müştərilərə cavab verə biləcək.
“OpenAI”nin məhsul qrupundan Ceff Harris deyib ki, onların məqsədi müştərilərə həm istifadəçilər üçün səs təcrübəsini təkmilləşdirmək, həm də məhsulu fərdiləşdirmək imkanı verməkdir.