Nazir aprelin 14-də «Eustream» qaz boru xətti operatoru ilə Ukraynaya geri axınla qazın nəqli üçün lazımi texniki işlərin başlanması məqsədi ilə lisenziya imzalayıb. O, bu haqda bazar günü (aprelin 13-də) slovak televiziyasında bildirmişdi.
Malatinski bu məsələni aprelin 15-də Ukrayna və Avropa İttifaqı (Aİ) nümayəndələri ilə müzakirə edəcək. Bununla yanaşı, Slovakiya danışıqlarda Rusiya nümayəndəsinin də iştirak etməsini istəyir.
Normal halda Avropa İttifaqına qazın Ukraynadan tranzit yolu ilə gəlməsinə baxmayaraq, aprel ayının əvvəlində «Qazprom»un Ukrayna üçün qiymətləri 80 faizə yaxın artıraraq 1 000 kubmetr qaz üçün 485 ABŞ dollarına yüksəltməsi nəticəsində, Aİ üzv ölkələri Ukraynaya geri axınla qazın satılmasına dair qərar veriblər.
Xatırladaq ki, ötən həftə «Qazprom» Ukrayna hökumətini 2 milyard ABŞ dolları məbləğində borcunu ödəməyə çağırıb. Əks halda, Rusiya şirkəti Ukraynaya qaz axınını bağlayacağını və beləliklə də, Aİ üzv ölkələrinə qazın tam həcmdə satılmasını əngəlləyəcəyini bildirmişdi. Eyni ssenari 2009-cu ildə də baş vermişdi.