Vaxt.Az

“ReArm Europe” planı


 

Altı bəndlik yol xəritəsi Avropa Hərbi Sənaye Kompleksini “non-stop” rejimində çalışdıracaq

“ReArm Europe” planı Avropanın geosiyasi qütb olması məqsədilə hərbi-iqtisadi konsolidasiyaya start verilərək “ReArm Europe” adlı plan qəbul olunub. Söhbət, Avropanın faktiki olaraq hərbi iqtisadiyyata keçiddən və yeni hərbi-siyasi konsepsiyanın qəbulundan gedir.

“ReArm Europe” planı Avropanın müdafiəsinə 100 milyardlarla avronun ayrılmasını nəzərdə tutur və bu pulların ayrılması üçün bu istiqamətlər prioritetdə olacaq:

– Vahid, çox mərhələli HHM sisteminin qurulması. Bu sistem, Avropanın pilotsuz uçuş aparatlarından (PUA) və fərqli tipli raketlərdən (balistika, hipersəs və s) müdafiəsini təmin edəcək.

– Artilleriya. Kütləvi şəkildə ən müasir artilleriya (reaktiv yaylım atəş sistemləri) qurğularının istehsalı nəzərdə tutulur.

– Sursatlar. Müharibə göstərdi ki, Qərb hərbi sənaye kompleksinin artilleriya üçün sursatların çatışmazlığı problemi var. Bu problemin aradan qaldırılması planlaşdırılır. Avropa Hərbi Sənaye Kompleksi “non-stop” rejimində sursatların istehsalı gücləri artıracaq, kütləvi şəkildə zavodlar tikiləcək.

– Müharibə göstərdi ki, müasir hərbi əməliyyatlarda hava üstünlüyü çox böyük rol oynayır və söhbət ilk növbədə PUA-lardan gedir. “EuArm Europe” Avropada müasir PUA-ların kütləvi istehsalını təmin edəcək.

– İnfrastruktur. Avropa ərazisində bir çox silah-sursat habların qurulması və hərbi qüvvələrin sürətli yerdəyişməsini təmin edən loqistikanın qurulması hazırlanır.

– Kibertəhlükəsizlik, süni intellekt, radio elektron mübarizə texnologiyaların və s. inkişafına böyük pullar ayrılacaq.

Ukrayna bu hərbi-iqtisadi konsolidasiyanın nəinki tərkibindədir, düz ortasındandır. Bu fakt Ukraynanı Qərb dünyasının, Avropanın ayrılmaz hissəsinə çevriləcək və bununla, Putinin xəyallarını (Ukraynanın Rusiyanın geosiyasi təsirinə qayıtması nəzərdə tutulur) ürəyində saxlayacaq.

 





21.03.2025    çap et  çap et