Vaxt.Az

“Cavab verməyə tələsmirik”


 

Vaşinqton və Tehran arasında nəbz və təhdid testi

“Cavab verməyə tələsmirik” Vaşinqton və Tehran İranın nüvə proqramı ilə bağlı yeni saziş üzrə danışıqları canlandırmaq üçün zərbə və təhdid yoxlaması aparıblar.

“Axios” saytının mənbələrə əsaslanan xəbərinə görə, ABŞ prezidenti Donald Trampın İran rejiminin lideri Əli Xamneyiyə göndərdiyi məktubda “razılaşmaq üçün iki aylıq müddət var” yazıb. Mətbuata danışan iki amerikalı ekspert “ABŞ administrasiyası Tehranı danışıqlara sövq edir və hərbi əməliyyatı bir seçim kimi təqdim edir”, – deyib.

İranın xarici işlər naziri Abbas Araqçı Trampın məktubunun məzmununu “fürsətlə müşayiət olunan təhdid” kimi qiymətləndirib. O, ölkəsinin məktuba cavab verəcəyini, lakin tələsmədiyini söylədi. Araqçı vurğulayıb ki, Tehran təzyiq və sanksiyaların sərtləşdirilməsi altında Vaşinqtonla birbaşa danışıqlardan imtina edib.

İran hökumətinin sözçüsü Fatma Mühacerani Trampın Xameneyiyə məktubunun nəzərdən keçirildiyini və tezliklə uyğun cavabın veriləcəyini bildirib.

 





21.03.2025    çap et  çap et