Aİ iyun ayından gec olmayaraq Gürcüstan və Moldova ilə dərin və müfəssəl azad ticarət razılaşmaları da daxil olmaqla Assosiasiya Müqavilələri imzalamağı planlaşdırır.
EEAS-ın məlumatına görə, konfranslarda əsas diqqət Moldova və Gürcüstanda biznes fəaliyyəti və investisiyaya yönələcək. Dərin və müfəssəl azad ticarət razılaşmaları istiqamətində də müzakirələr baş tutacaq. Qurum həmçinin konfransların investor və investisiya etmək istəyənlər üçün cəlbedici olacağını deyir.