Vaxt.Az

“75-80 milyon ziyandadır”


 

Oskar mükafatlı rejissorun yeni filmi gözləntiləri doğrultmadı

“75-80 milyon ziyandadır” Cənubi Koreyalı rejissorun 2020-ci ildə “Ən yaxşı xarici film” nominasiyası üzrə Oskar qazanan “Parazit” (Gisaengchung) filmindən sonra növbəti ekran əsəri – “Mickey 17” iki həftə kinoteatrlarda göstərildikdən sonra ABŞ-da 35,7 milyon dollar, dünyanın qalan hissəsində isə 92,2 milyon dollar gəlir əldə edib.

Robert Pattinsonun baş rolda oynadığı elmi-fantastik filmin kinoteatrlara çıxdığı zaman kassada cəmi 143 milyon dollar qazanacağı gözlənilir.

“Variety”nin üç mənbəsi bunun filmin studiyası (“Warner Bros”.) üçün 75-80 milyon dollar zərər demək olduğunu bildirib.

Mədəniyyət və incəsənət xəbər saytı bildirir ki, filmin özünü xilas etməsi üçün təxminən 300 milyon dollar lazımdır.

İstehsalın 118 milyon dollara başa gəldiyi, daha 80 milyon dolların isə marketinqinə xərcləndiyi vurğulanır.

38 yaşlı Pattinson filmdə Mikki adlı personajın klonlarını canlandırır. Hekayənin baş qəhrəmanı, 17-ci klon Mikki, ondan sonra gələn Mikki 18 ilə birlikdə işləməyə məcbur olduqları koloniyaya qarşı vuruşur. Filmdə həmçinin Naomi Ekki, Stiven Yon, Toni Kolette və Mark Ruffalo da çəkilib.

Həm tənqidçilərin, həm də tamaşaçıların rəyləri “Parazit” qədər həvəsli deyildi. Film “Rotten Tomatoes” rəy toplama saytında 100 baldan 77 bal toplayıb. Miki 17-nin auditoriya balı 100-dən 73-dür. Bu ballar “müsbət, lakin böyük deyil” hesab olunur.

Martın 7-dən dünyada nümayişinə başlanılan film hələ də bəzi kinoteatrlarda göstərilir.

 





21.03.2025    çap et  çap et