Mövzu ilə bağlı məlumatı olan iki mənbəyə əsaslanaraq Amerikanın “Fox News” kanalında yayımlanan xəbərdə Trampın Ankaraya “F-35” satma məsələsini dəyərləndirdiyi bildirilib.
Xəbərə görə, Tramp prezident Ərdoğanla görüşündən sonra Türkiyəyə qarşı sanksiyaları ləğv etməyi və “F-35” qırıcılarının satışına yenidən başlamağı düşünür.
"Tramp, tərəflər Türkiyənin “S-400”lərini işlətməməsi şərtilə razılaşma əldə edərsə, “F-35” təyyarələrinin Türkiyəyə satılması fikrinə açıq olduğunu bildirib”, – məlumatda deyilir.
Xəbərə görə, sözügedən təyyarənin Türkiyəyə satılması üçün ABŞ-ın Sanksiyalar Yoluyla Düşmənlərə Qarşı Mübarizə Qanunu (CAATSA) çərçivəsində sanksiyaları ləğv etməsi lazım olacaq. Donald Tramp komandasından Türkiyənin CAATSA sanksiyalarından necə yayına biləcəyi ilə bağlı araşdırma aparmasını istəyib.
Prezident Ərdoğan ilə ABŞ prezidenti Tramp arasında martın 16-da baş tutan telefon danışığında bir çox ikitərəfli və regional mövzular hərtərəfli müzakirə edilib.