“Consumer” jurnalı “60 Millions de Consommateurs” konservləşdirilmiş tuna balıqlarında civə səviyyəsinin təhlükəli həddə çatdığını açıqlayıb. Avropada satılan 148 fərqli tuna qutusuna baxış keçirildi və onların hamısında civə aşkar edilib.
Bəzi məhsullarda civə səviyyələri narahat edicidir.
Qanuni limit 1 mq/kq olsa da, bəzi markalarda 3,9 mq/kq-a qədər civə olduğu aşkar edilib.
Tuna civənin ən təhlükəli forması olan metilcivə topladığı üçün insan sağlamlığına böyük təhlükə yaradır.
Xüsusilə hamilə qadınlar və uşaqlar üçün istehlak məhdudlaşdırılmalıdır.
Hansı brendlər risklidir?
Tədqiqat zamanı aşkar edilən ən yüksək civə səviyyəsinə malik markalar:
Petit Navire (Carrefour City-də satılan qutular: 3,9 mq/kq!)
“Cora”, “Pêche Océan” və “Saupiquet” brendləri də təhlükəlilər siyahısındadır.
Daha az civə tərkibli alternativlər:
“Monoprix” və “Thon blanc germon” (ağ tuna) digər markalara nisbətən daha az civə ehtiva edir.
***
Qida istehsalçıları tuna balığının təhlükəsiz olduğunu və Avropa standartlarına uyğun olduğunu müdafiə edirlər. Lakin Foodwatch və Bloom assosiasiyaları şirkətləri sınaq nəticələrini manipulyasiya etməkdə ittiham edərək, "Orta dəyərləri göstərməklə bəzi qutularda yüksək civə səviyyəsi gizlədilir!" deyildi.