“Formula 1” tarixinin ən böyük ittifaqı ilk uğurunu qazandı. Lyuis Həmilton və “Ferrari” “F1” tarixində ilk sprint yarışlarını qazandılar. Özü də özləri kimi qırmızı bayraqlı Çində. Həmilton yarış ərzində hər şeyə yaxşı nəzarət etdi. Təkərlərə yaxşı baxdı və layiq olduğu qələbəni qazandı.
Lyuis Həmilton “Ferrari” ilə ikinci həftəsonunda Lekleri qabaqlamağa başladı.
Bundan haradasa 4-5 saat sonra isə Oskar Piastri karyerasının ilk poulunu qazandı.
Üçüncü sessiyada hava soyuduğu anda əksər pilotlar nəticələrini yaxşılaşdıra bilmədilər. Amma soyuq asfaltda “Mercedes” yenə güclü oldu. Rassell az qala poulu əldə edəcəkdi.
Yarışın anti-qəhrəmanı Lando Norrisdir. Ən sürətli maşınla sadəcə 1 adam keçdi. O da Stroll. Amma Leklerin arxasına qədər rahatlıqla gəlməyə borclu idi.
Yarışın arxa hissəsində isə Formula 2 yarışı izlədik. Louson, Bortoleto, Həcər mübarizə apardılar. Sonda da Bortoleto və Duhən qəza etdilər.
Ayzek Həcər sıralanma turunun ən yaxşılarından idi. Ən bərbad sürücü isə sözsüz ki, Lousondur. Sizcə, Louson niyə geri qalır?