Bu hadisə, sadəcə, bir şəhərin deyil, ümumilikdə Güney Azərbaycanın mədəni və siyasi taleyi üçün vacibdir. Hökumətin müəyyən qruplara dəstək verməsi və yerli türklərin tələblərini görməzdən gəlməsi, bölgədə milli şüurun daha da güclənməsinə səbəb olur. İndi əsas məsələ odur ki, bu etirazlar sönüb getməsin, əksinə, siyasi və mədəni hüquqların qorunması üçün davamlı bir hərəkatın əsasına çevrilsin.
Bütün bunlar göstərir ki, Urmiya türkləri tarixən olduğu kimi, öz şəhərlərinin kimliyini və gələcəyini qorumaq üçün mübarizələrini davam etdirəcəklər. Məsələnin gələcək gedişatı, İran hakimiyyətinin bu etirazlara necə cavab verəcəyindən asılı olacaq.