Merin evində və bələdiyyə binasında polis tərəfindən axtarış aparılıb. Estrosi məşhur heykəltəraş Riçard Orlinskidən qeyri-qanuni hədiyyələr alması ilə bağlı iddiaları rədd edib. Nitsa meri “BFM Cote d'Azur” kanalına müsahibəsində, “Mən əvəzində heç nə almamışam, heç bir hədiyyə də qəbul etməmişəm. Həyatımda heç kimdən əvəzində hədiyyə almamışam. Evimdə və ya ofisimdə aparılan axtarışlarda heç nə tapılmayıb”, – deyib.
Polis Nitsa bələdiyyəsində, Metropol binasında və meri Kristian Estrosinin evində eyni vaxtda reydlər və axtarışlar həyata keçirib.
Əməliyyatlar məşhur fransız heykəltəraş Riçard Orlinski ilə əlaqəli “korrupsiya və qohumbazlıq” araşdırması çərçivəsində həyata keçirilib. Həmin gün Orlinskinin korporativ ofislərində də axtarış aparılıb.
***
İstintaqın arxa planı 2024-cü ilin sentyabrında Yaşıllar Partiyasından Mediapart və Jan-Kristof Pikardın verdiyi rəsmi şikayətdir. Pikar, Orlinskinin 2023-cü ilin yayında Nitsada açdığı böyük sərgidən sonra bəzi bələdiyyə sədrlərinə bahalı hədiyyələr verdiyini iddia edib.
İrəli sürülən adlar arasında Kristian Estrosi lə bərabər Paris meri Ann Hidalqo və də var.
Müxalifət: “160 min avro dövlət pulu Orlinskiyə getdi, bu normaldır”, sualına cavab istəyib.
Yaşıllar Partiyasından Pikart açıqlamasında, “Sənətçinin xalq pul kisəsindən 160 min avro aldığını bilirik. Bu əlaqənin təfərrüatları çox aydın deyil. Ən yaxşı halda çox yöndəmsiz, ən pis halda isə qanunsuzdur”, – deyib.