Vaxt.Az

Avropa Parlamenti Rusiyaya qarşı


 

AP prezidenti gələn ay keçiriləcək seçkilərdən də danışıb

Avropa Parlamenti Rusiyaya qarşı Aprelin 14-də Avropa Parlamentinin bu dönəmin son plenar sessiyası Krımın Rusiya tərəfindən anneksasiyasının tanınmaması barədə bəyanat və Rusiyadan öz ordusunu Ukrayna sərhəddi yanından geri çəkmək tələbləri ilə başlayıb. Bu haqda Avropa Parlamentinin mətbuat xidməti xəbər verir.

«Avropa Parlamenti Ukrayna suverenliyi və ərazi bütövlüyünün toxunulmazlığına ötən qısa müddət ərzində qəbul olunmuş bir neçə qətnamədə dəstəyini göstərib», - Avropa Parlamentinin prezidenti Martin Şults deyib. O, həmçinin Ukrayna hökumətinin ölkəni parçalanmaqdan qorumaq üçün atdığı addımları təqdirlə qarşılayıb.

Bununla yanaşı, Şults Avropa İttifaqı Şurasının Ukraynaya makroiqtisadi yardımın ayrılması haqda qərarını alqışlayıb və aprelin 3-də Avropa Parlamenti tərəfindən qəbul olunmuş Ukraynaya birtərəfli ticari güzəştlərin ölkə iqtisadiyyatına dəstək olacağından əminliyini bildirib.

Qeyd edək ki, avroparlamentarilər mayın 25-də keçiriləcək Ukrayna prezident seçkilərinə müşahidəçi qismində qatılacaqlar. «Ümid edirəm ki, bu seçkilər azad və ədalətli olacaq və Ukrayna tarixində yeni, azad, müasir və demokratik bir dövlət dönəminin təməlini qoyacaq», - Martin Şults deyib.

 





15.04.2014    çap et  çap et