Vaxt.Az

Urmiya ayaqda


 

İç üzü bir daha açılan molla rejimi odla oynayır

Urmiya ayaqda Güneyli soydaşlarımız fars-molla rejiminin kürd, luri (lor) mənşəli şəxsləri Urmiyəyə köçürməklə bu bölgənin etnik tərkibini süni surətdə dəyişdirmək cəhdlərinə etiraz olaraq bu gün Urmu küçələrində böyük yürüş keçiriblər.

Şüarlar:

Urmiya Türkündür, Türkün qalacaq!

Bu torpaqdan, pay olmaz!

Urmuiya Türkün alınmaz qalası!

Azərbaycan var Olsun istəməyən Kor Olsun!

Urmuiya kürdistan olmaz!

Etiraz aksiyasının siyasi səbəbi:

Fars-molla rejimi Urmiyada əhalinin əksəriyyətini təşkil edən Azərbaycan türklərinə Novruz bayramı ilə bağlı tədbirlər keçirməyə icazə vermədiyi halda, kürdlərə belə qadağa tətbiq etməyib. Kürdlər öz tədbirlərində Azərbaycan ərazilərinə iddalarını səsləndirib, Urmiyanın "kürdistan" olduğunu bildirərək öz bayraqlarını qaldırıblar.

Nəticədə Urmiyanın türkdilli əhalisi ayağa qalxmağa məcbur olub. İç üzü bir daha açılan molla rejimi odla oynayır.

***

Urmuiya elinin vətənsevər, yurdsevər insanları molla rejiminin milli ayrı-seçkilik siyasətinə qarşı bugünkü böyük yürüşdə Səttarxanın portretini qaldırıblar.

Bu, fars-molla rejiminə çox ciddi mesajdır.

Ancaq Güneyli soydaşlarımız bu dəfə Səttarxanın səhvini təkrarlamamalı, Tehranın yalançı, şirin vədlərinə əsla və əsla aldanmamalıdırlar. Onlar tam müstəqillik əldə edənə qədər mübarizə aparmalıdırlar.

Panfarsçılığın qəbri Güney Azərbaycanda qazılmalıdır!

 





23.03.2025    çap et  çap et