Vaxt.Az

“Ripostes” – həmlələr, əks-hücumlar


 

Poeziya keçmişdə zamanda indini tapmaq sənətidir

“Ripostes” – həmlələr, əks-hücumlar Yeni kitabın hazırlıqları başladı. Burada bir neçə il boyunca Azərbaycan Dillər Universitetində dünya poeziyasından oxuduğum müharizələrin genişləndirilmiş variantı, eləcə də ayrı-ayrı illərdə dünya poeziyası haqqında mətbuatda çap olunmuş esselərim olacaq – Homerdən Danteyə, Bodlerdən Rilkeyə, Mallarmedən Miloşa, Selandan Eliota, Oktavio Pasdan Derek Uolkota, Paundan Şeymas Xiniyə... təxminən 50 şairi əhatə edən yazılar, üstəgəl, keçmişdən bugünə poeziya nəzəriyyələri... Vətənə-millətə xeyirli olsun!

Poeziya bütün zamanların içində indiki zamanı tapmaq sənətidir. Şair keçmişin içindən bu gün üçün də keçərli olanı, gələcək fərziyyələrinin içindən indidən boyu görünəni, hətta indiki zamanın içindən belə alternativ indiki zamanı tapmağa çalışır. 

Bir vaxtlar ilk şeir kitabının adını “Ripostes” qoyan Ezra Paund da, deyəsən, elə bunu deyirdi: “Ripostes” – həmlələr, əks-hücumlar deməkdir. Paund bu anlayışı eskrimdən (qılıncoynatmadan) götürmüşdü. Eynilə qılıncoynadanların maska taxması kimi, Paund bu şeirlərdə ayrı-ayrı maskaların (personaların) arxasından danışır və eynilə bu idman növündə olduğu kimi, irəli doğru hücuma keçməmişdən qabaq üçün əvvəlcə bir neçə addım geriyə çəkilir, təkanını klassikadan götürürdü...

 





23.03.2025    çap et  çap et