Vaxt.Az

Tətik çəkildi


 

Bu atəşin dalğaları beyinlərə, düşüncələrə yayılacaq

Tətik çəkildi Urmiyalıların çoxminli etiraz aksiyası, bu aksiyalara səbəb olmuş hadisələr Tətik çəkildi” deməkdir.

Xəbərdarlıq tətiyi, atəşi.

Hamı üçün çalınan zəngdir bu.

“Eşidin! Başladı! Hazırlaşın! Gecikməyin!” müjdəsidir.

Qaçılmaz risklərdən qoruyun soydaşlarımızı, mesajı bu.

Hələ tətik çəkilib sadəcə. Yüngülcə atəş.

Şükür Tanrıya, ölüm-itim olmayıb. Hamı sağ-salamatdır.

Amma əks-sədalar tezliklə olacaq. Bu atəşin dalğaları yayılmaqdadır. Beyinlərə, düşüncələrə.

Bir azdan Güneyin başqa bölgələrində əks-sədaları eşidiləcək.

Urmiyadan gələn səs sürətlə Təbrizə, Ərdəbilə yetişdi, Zəngana, Qəzvinə getdi, Arazı keçib Bakıya çatdı, dağları aşıb İstanbula, Ankaraya ulaşdı.

Güney üçün tam da gözlənən və qorxulu ssenari sayılırdı, Kürd-türk düşmənçiliyi salmaq. Dava-qırğın salmaq.

Geci-tezi bu olasıydı. O bölgələr zəifbənddir.

Güneylilər də, Quzeylilər də mesajlarını almalıdırlar. Türkiyə də.

Sulduzda, Xoyda, Soyuqbulaqda, Urmiyada Güneyli bacı-qardaşlarımızı terror etməyə başlasalar nə Bakıda, nə Ankarada, nə Təbrizdə heç kim rahat yaşaya bilməyəcək. Qarışmayın qıraqda dura bilməyəcəklər.

İndidən işin içində olmaq, prosesləri idarə etmək, sülhün qorunması və soydaşlarımızın haqlarının təmin olunması üçün gərəkli addımlar atmağa başlamaq gərəkdir.

Sonra itirilmiş zamanın ağrısını çəkəcəyik.

 





23.03.2025    çap et  çap et