Vaxt.Az

İmamoğlunun həbsinin zərəri


 

Türkiyə birjası son 17 ilin ən böyük düşüşünü yaşayıb

İmamoğlunun həbsinin zərəri İstanbul Bələdiyyə Başçısının həbsi. Nə məlumdur?

İstanbul Baş Prokurorluğunun məlumatına görə, İstanbul Böyükşəhər Bələdiyyə (İBB) sədri Əkrəm İmamoğlu və 99 şübhəli şəxs barəsində “cinayət təşkilatına rəhbərlik etmək”, “cinayət təşkilatında iştirak etmək”, “dələduzluq”, “rüşvətxorluq”, “xüsusi dələduzluq”, “şəxsi məlumatların qanunsuz əldə edilməsi” və “tender manipulyasiyası” ittihamları ilə cinayət işi açılıb.

Həmçinin, İmamoğlu, bələdiyyənin baş katib müavini Mahir Polad və Şişli Bələdiyyə sədri Rəsul Əmrah Şahan da daxil olmaqla, yeddi şübhəli şəxsə qarşı “PKK terror təşkilatına yardım etmək” ittihamları üzrə araşdırmalar aparılır. Polis prosedurlarının tamamlanmasından sonra bəzi şübhəlilər Çağlayandakı İstanbul Ədalət Sarayına göndərilib. Cinayət məhkəməsində şübhəlilərlə bağlı prosedurlar başa çatıb. Məhkəmə İstanbul Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun həbsinə qərar verib. Digər şübhəlilər barəsindəki prosedurlar davam edir.

Türkiyə mediası yazır ki, İstanbul Baş Prokurorluğu Əkrəm İmamoğlunun “terror” ittihamı üzrə azadlığa buraxılmasına etiraz edəcək.

“The Financial Times” qəzeti yazır ki, İstanbul Bələdiyyə Başçısının saxlanılmasına qarşı etirazlar son on ildə Türkiyədəki ən böyük müxalifət nümayişləri olub.

Nəşr həmçinin qeyd edir ki, etirazlar Türkiyə maliyyə bazarına ciddi təsir göstərib: İstanbul Birjasının 100 ən böyük Türkiyə səhmini əhatə edən əsas indeksi 7,8 faiz dəyər itirib və nəticədə həftə ərzində ümumi itki 16 faizi keçərək 2008-ci ildən bəri ən böyük həftəlik azalma qeydə alınıb. Türkiyə lirəsi isə təxminən 3 faiz dəyərdən düşüb.

 





23.03.2025    çap et  çap et