Keçmiş federal prokuror Cessika D.Aber vəzifəsindən ayrıldıqdan cəmi iki ay sonra ABŞ-ın Virciniya ştatındakı evində ölü tapılıb.
43 yaşlı Aber 2021-ci ildən 2025-ci ilə qədər Virciniya ştatının Şərq Bölgəsi üzrə ABŞ vəkili vəzifəsində çalışıb.
Aleksandriya Polis İdarəsi (APD) şənbə günü səhər saat 9:18 radələrində reaksiya verməyən bir qadın məlumatı üzrə hadisə yerinə polis əməkdaşları Aberin öldüyünü elan edib.
Polis hadisə ilə bağlı araşdırmalara başlanıldığını və ölüm səbəbinin Virciniya Baş Tibbi Ekspertiza Ofisi tərəfindən müəyyən ediləcəyini bildirib.
Cessika D.Aber ABŞ-ın keçmiş prezidenti Co Bayden tərəfindən təyin edilmiş və 2025-ci il yanvarın 20-də ABŞ prezidenti Donald Trampın vəzifəyə başlaması ilə vəzifəsindən istefa vermişdi.
İşlədiyi müddətdə Aber Aleksandriya, Riçmond, Norfolk və Nyuport Nyus bölgələrində təxminən 300 nəfərdən ibarət komandaya rəhbərlik edib.
İstefasından sonra verdiyi açıqlamada Aber ABŞ prokuroru kimi işləməyin “həddi-hüdudu olmayan bir şərəf” olduğunu qeyd etmiş və federal və yerli hüquq-mühafizə orqanları ilə əməkdaşlığından qürur duyduğunu bildirmişdi.
Aberin ölüm xəbərindən sonra ABŞ-ın yeni vəkili Erik S. Siebert açıqlamasında deyib: “Lider, mentor və prokuror kimi o, misilsiz idi. Bu yer üzündəki qısa müddət ərzində o, qeyri-adi işlərə imza atdı. Onun peşəkarlığı, lütfkarlığı və hüquq qabiliyyəti hamımızı ruhlandırdı”.
Aberin ölümü ilə bağlı polisin araşdırması davam edir.