Aktyorluq karyerasını davam etdirən 21 yaşlı pop ikonu Mima, yeniyetmə keçmişinin xəyalları tərəfindən təqib edildiyi və sonradan paranoid aldatmalara və kabuslara daldığı üçün artıq reallıq və fantaziya arasında fərq qoya bilmir. Film, Yapon pop mədəniyyətinin və məşhurluq kultunun qaranlıq tərəflərini tənqid edir, populyarlıqla və ulduzluğun pis təsirləri ilə əlaqəli qeyri-sabit mənlik mövzusuna toxunur. Baş qəhrəman Mima da qeyri-sabit eqodan əziyyət çəkir, o gerçək şəxsiyyətini çox keçmişdə qoyub və daima gerçək eqosu tərəfindən təqib edilir. Sonradan fərqinə varır ki onu təqib edən gerçək eqosu yox, onu qəliblərə yerləşdirmək istəyən, həyatına müdaxilə edən fanatlarıdır.
“Mükəmməl Mavi: Tam Metamorfoz” filmi pop-kultura, fanatizm (şəxsiyyətə həddən artıq pərəstiş), nostalgiya hissi aşılayan ekran əsəridir.