Vaxt.Az

Siyasi rəqibə həbs hədəsi


 

İndi Ərdoğanı qınayanlar o vaxt Baydenə ləbbeyk deyirdilər

Siyasi rəqibə həbs hədəsi Siyasi rəqibini məhkəmələrə çəkib çoxlu cinayətlərdə ittiham etmək, həbslə qorxutmaq siyasi dəbdir indi.

Türkiyədə çoxdan var idi bu. Elə biri Ərdoğan. İstanbul bələdiyyə başqanı olanda tutub atdılar içəri. Yatdı çıxdı. Sonra onun partiyası parlament seçkilərini uddu, ardınca bilirsiniz. Ərdoğan hakimiyyətə gəldi.

Belə örnəklər çoxdur.

Uzağa getməyək…

Elə bildiniz Azərbaycanı deyəcəm. Yox. Azərbaycanda belə olmayıb.

Amma ABŞ-da olub.

Demokrat Bayden hökuməti cinayət dosyelərini hazırladı, doldurdu, masanın üstünə yığdı. Elə ki bəlli oldu ki, Donald Tramp seçkilərə gedəcək, dosyelər açıldı məhkəmələrdə. Trampın seçki hazırlığının bir hissəsi məhkəmələrdə keçdi. Bir pornoulduzla yatıb, sonra ona pul verib ki, bunu orda-burda danışmasın, Kapitoliyə hücum edib, KGB-yə işləyib, Ruslarla alverdə olub…

Dedilər məhkəmədir, bizlik deyil.

Nəticə də göz qarşısında. Məhkəmələr də unuduldu getdi.

Burası ilə işimiz yoxdur.

İndi Ərdoğanı qınayanlar o vaxt Baydenə ləbbeyk deyirdilər. “Bayden irəli!” qışqırırdılar.

İndi Ərdoğana diktator deyirlər.

Ərdoğan avtoritar olduğunu gizlətmir heç. Nə istəsək deyə bilərik.

Amma gərək Baydenə də ad qoyaq onda.

Demokrat diktator Co Bayden.

İndi görək İmamoğlu da həbsdən saraya gələ biləcəkmi?

 





23.03.2025    çap et  çap et