O, AzNews.az-a açıqlamasında deyib ki, məsələdən xəbərdardır: «Hansısa bir ağlı başında olmayan adam evin şəkillərini çəkərək, sosial şəbəkələrdə paylaşıb və ağzına gələni yazıb».
O bildirib ki, Ağdaş rayonunun Kükəl kəndində yerləşən bağ evi doğrudan da onlara məxsusdur: «Bəli bu ev mənim adımadır. Bunu yazan və şəkilləri çəkəni tanıyırıq, xəstə adamdır». Y.Osmanlı bağ evində nurçuların dərsxana kimi istifadə etmələrinə dair xəbərə isə belə aydınlıq gətirib: «Əşi nə nurçu? O nə deməkdir? Mən hələ də bu söhbəti və bu nurçu məsələsini başa düşə bilmirəm».
Qeyd edək ki, hüquq müdafiəçisi Taleh Xasməmmədov deputat Ceyhun Osmanlının atası Yunis Osmanlıya məxsus bağ evinin fotolarını paylaşıb. T. Xasməmmədov «Facebook» hesabında fotolarla yanaşı ilginc informasiya da yerləşdirib. Belə ki, o, Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini Yunis Osmanlıya məxsus Ağdaş rayonunun Kükəl kəndində yerləşən bağ evindən nurçuların dərsxana kimi istifadə etdiklərini qeyd edib.