Vaxt.Az

“Əvvəlki şərtlərə qayıda bilmərik”


 

İran ABŞ-la danışıqları bərpa etmək istəmir

“Əvvəlki şərtlərə qayıda bilmərik” İranın Xarici İşlər naziri Abbas Araqçı bazar günü bildirib ki, 2015-ci il İranın nüvə proqramı üzrə sazişinin bərpası dəyişən şəraitə görə mümkün olmayacaq.

“Mənim fikrimcə, 2015-ci il sazişini mövcud formasında dirçəltmək mümkün deyil. Bu, bizim maraqlarımıza cavab verməyəcək, çünki bizim nüvə sahəsindəki vəziyyətimiz xeyli dəyişib və biz artıq əvvəlki şərtlərə qayıda bilmərik”, — deyə nazirin sözlərini “Al-Arabiya” yayıb.

“Eyni şeyi sanksiyalar barədə də demək olar. Buna baxmayaraq, 2015-ci il sazişi danışıqlar üçün əsas və model ola bilər”, — deyə Araqçı əlavə edib.

O həmçinin bildirib ki, Tehran hələlik ABŞ-la dialoqa qarşı mövqe tutur, çünki tərəflər arasındakı münasibətlərin tarixi və əldə edilən təcrübə buna təsir edir. O vurğulayıb ki, Vaşinqton siyasətini dəyişdirməlidir ki, İran danışıqlarda iştirak etməyə razı olsun.

 





23.03.2025    çap et  çap et