Məncə, ikinci yarışdan sonra pilot dəyişmək düzgün olmaz. Nəzərə alaq ki, Louson Avstraliyada bu maşınla ilk dəfə sürürdü. Çində isə birinci dəfə trasa çıxırdı. Özü elə dar sazlanma aralığında işləyən maşınla.
İkinci nüans isə Tsunodanın builki performansı çox şişirdilir. Yəni debutant “Hadcar” da eyni maşınla sıralanma turunda bənzər performans göstərir. Sadəcə Yaponiya yarışından əvvəl Yukinin “Red Bull”da olması böyük səs-küy salacaq. Bu səbəbdən media Lousonun zəifliyindən istifadə edib, üstünə gəlir.
Digər tərəfdən Kolapinto variantı var. Onun da “Formula 1”ə gəlişi Perezə bənzəyir. O vaxt Meksikanı qazanmaq üçün Perez idmana gəldi. İndi də Argentinanı qazanmaq üçün Kolapinto gətirilir.
2021-ci ildə Leklerlə Verstappen qələbə uğrunda mübarizə aparırdı. Bu il isə zərəri minimuma endirmək üçün.