Vaxt.Az
MTN-dən Aslanov açıqlaması
«Mərkəzinə bu barədə hər hansı məlumat daxil olmayıb»
Milli Təhlükəsizlik Nazirliyi (MTN) Prezident Administrasiyasının keçmiş şöbə müdiri Elnur Aslanovun bu qurumda dindirilməsi ilə bağlı KİV-də yayılmış məlumatlara aydınlıq gətirib. Nazirliyin İctimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev Modern.az saytına açıqlamasında bununla bağlı onlarda hər hansı məlumatın olmadığını deyib.
«Elnur Aslanovun MTN-də 6 saat
dindirilməsi ilə bağlı MTN-nin İctimai əlaqələr mərkəzinə hər hansı məlumat
daxil olmayıb» - deyə A.Babayev vurğulayıb.
Qeyd edək ki, bu gün mətbuatda Prezident
Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri
vəzifəsindən azad edilmiş Elnur Aslanovun Milli Təhlükəsizlik Nazirliyində «nurçuluq»
təriqəti ilə bağlı 6 saat ərzində dindirildiyi barədə informasiyalar yer alıb.
15.04.2014 çap et