Ən bəsit müşahidə belə kifayət edir ki,
həmin qurumların heç birinin Ziya Məmmədova hesabat vermədiyini açıq-aşkar
görəsən. Belə ki, nazirin keçirdiyi kollegiya iclaslarına Xəzər Dəniz
Gəmiçiliyi və «AZAL» rəhbərləri adətən qatılmır.
İddialara görə, Cahangir Əsgərovla
nəqliyyat naziri Ziya Məmmədov arasında konflikt o həddə çatıb ki, «AZAL»
prezidenti «Bənövşə» adı almış «London taksiləri»ni şəxsi nəzarətində olduğu
məkana - Bakı aeroportuna buraxmır.
Ötən gün isə paytaxtda sərnişin
daşınmasının təşkili funksiyasının Bakı Şəhər İcra Hakimiyyətinə verilməsi ilə
nəqliyyat nazirinin daha bir səlahiyyəti əlindən alındı.
Beləliklə, Nazirlər Kabineti Bakı Şəhər
İcra Hakimiyyətinin tabeliyində «BakuBus» Məhdud Məsuliyyətli Cəmiyyətinin
yaradılması haqqında qərar verdi. Bundan sonra Nəqliyyat Nazirliyi BŞİH-lə
birlikdə cəmiyyətə məxsus avtobusların marşrutlarını və hərəkət qrafiklərinin
müəyyən edəcək.
Qeyd edək ki, buna qədər paytaxtda sərnişin daşınması xidmətini Nəqliyyat Nazirliyi təkbaşına təşkil edirdi. Yəni paytaxtda sərnişin daşınması nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus «Transgeyt» şirkətinin inhisarında idi.
Modern.az saytına verilən məlumatda
iddia olunur ki, Nəqliyyat Nazirliyinin əsas müəssisəsi olan «Azəryolservis» ASC
də Z.Məmmədovun kurasiyasından çıxarılacaq. Muxtar şirkət təsiri bağışlayan
ASC-nin səhmlərinin yarı faizi Nəqliyyat Nazirliyinə məxsus olsa da,
«Azəryolservis» sədri Cavid Qurbanovun hazırkı mövqeyinin ölkənin hakim
elitasında nazirinkindən daha güclü olduğu göz qabağındadır.
Bir sözlə, onun Z.Məmmədova tabeçiliyi formal xarakter daşıyır və yaxın vaxtlarda ASC də nazirliklə yollarını ayıracaq.