Vaxt.Az

“Bu müharibədə qalibin olmayacaq”


 

AB və ABŞ arasında “sürətli danışıqlar” çağırışı

“Bu müharibədə qalibin olmayacaq” Litva prezidenti Qitanas Nauseda Avropa Birliyi (AB) və ABŞ arasında mümkün ticarət müharibəsinin “sürətli danışıqlar” yolu ilə həll edilməsinə çağırıb. Nauseda tariflərin tətbiqindən sonra iki tərəfin arasındakı ticarət savaşının qalibi olmayacağını bəyan edib.

Litva Prezidenti ABŞ-ın polad və alüminium tariflərinə görə ticarət sektorunda yarana biləcək qlobal problemlər və buna cavab olaraq AB-nin planlaşdırdığı tədbirlərlə bağlı açıqlama verib.

Nauseda, keçmişdə müxtəlif ölkələr arasında ticarət müharibələrinin, iqtisadi sanksiyaların və tariflərin hər iki tərəf üçün hər zaman itkilərlə nəticələndiyini və uzunmüddətli perspektivdə heç kimin faydalanmadığını vurğulayıb.

Bu işdə qalibin olmayacağını müdafiə edən Nauseda, “Əgər buna iqtisadi müharibə demək olarsa, ümid edirəm ki, itkiləri minimuma endirməyə yönəlmiş sürətli danışıqlarla başa çatacaq”, – deyib.

ABŞ-ın AB-dən polad və alüminium idxalına 25 faizlik tarifləri martın 12-də qüvvəyə minib. AB də həmin gün ABŞ-a qarşı 26 milyard avro dəyərində əks tədbirlər tətbiq edəcəyini açıqlayıb.

Martın 20-də etdiyi çıxışda AB-nin ticarət üzrə komissarı Maros Şefçoviç 1 və 13 aprel tarixlərində iki mərhələdə qüvvəyə minməsi planlaşdırılan AB gömrük rüsumlarının danışıqlara vaxt verilməsi üçün aprelin ortalarına qədər təxirə salındığını açıqlayıb.

 





25.03.2025    çap et  çap et