Külçə qızılın unsiyası 3010 dollara satılırdı ki, bu da keçən həftə əldə edilən rekord həddən cəmi 50 dollar aşağıdır. Tramp avtomobil idxalına rüsum tətbiq ediləcəyini bildirib. O, Venesuela neftinin alıcılarından 25 faiz vergi tutulacağını deyib və bəzi ölkələrin gələn həftə qüvvəyə minəcək ikitərəfli tariflərdən azad oluna biləcəyinə işarə vurub.
ABŞ Prezidentinin tariflərlə bağlı qeyri-müəyyən və səpələnmiş bəyanatları bazarda çaşqınlıq yaratsa da, qiymətli metal qlobal ticarət müharibələri ehtimalı və Trampın geosiyasi nizamı poza biləcəyi ehtimalı ilə dəstəklənməyə davam edir. Qızıl 2024-cü ildə 25 faizdən çox qazandıqdan sonra təhlükəsiz sərmayə tələbi ilə bu il 15 faiz bahalaşıb.
Məlumata görə, spot qızılın unsiyası dəyişməyərək 3010,96 dollar olub, hansı ki, dünən 0,4 faiz itirmişdi. “Bloomberg Dollar Spot İndeksi” düz idi, gümüş və platin bir qədər azalmış, palladium isə demək olar ki, dəyişməmişdi.