Vaxt.Az

Əkrəmə reklam ittihamı


 

Şirkətin haqsız gəlir əldə edib, bələdiyyə günahkar olub

Əkrəmə reklam ittihamı Əkrəm İmamoğlunun “korrupsiya əməlləri” deyə nələrin nəzərdə tutulduğu məlum oldu. Prokurorluğun irəli sürdüyü ittihamnamədə şəxsi maraqların olduğu bildirilən müqavilələrin hamısı İstanbulda reklam və elan lövhələrinin yerləşdirilməsi ilə bağlıdır.

– 2011-ci ildə – AKP dönəmində Kültür A.Ş.-dən 10 illiyə icarəyə götürülmüş 4600 reklam lövhəsi üçün müqavilə yenilənib. Satın alan şirkət reklam lövhələrinin ölçüsünü artıraraq haqsız qazanc əldə edib.

– Yenə 2011-ci ildə 3 min reklam lövhəsi icarəyə götürən şirkət 10 il sonra yenidən həmin yerləri satın alıb. O, reklam lövhələrini birləşdirərək nəhəng lövhə düzəldib, əlavə gəlir əldə edib, Bələdiyyə bundan pay almayıb.

– 100 yerüstü keçiddə reklam lövhəsi sahəsini icarəyə götürən şirkət endirimlərlə 72 reklam lövhəsi asmaq əvəzinə 150 reklam lövhəsi asıb. Bələdiyyə bunun qarşısını almamaqla iri məbləğdə gəlirin büdcəsinə daxil olmasını təmin etməyib.

– Birdən çox reklam lövhəsinin asılması mümkün olan 95 yerüstü keçid də eyni şirkətə icarəyə verilib. Şirkət bu sahələri bölərək 172 panel üçün yer yaradıb. Bu isə ictimai zərər və şirkətə haqsız üstünlük yaradıb.

– İSPARK avtoparklarında reklam lövhələrini icarəyə götürən şirkət bilbord yerinə 6 ədəd reklam raket tipli pano asıb. Bundan əldə olunan qazancdan bələdiyyəyə heç bir əlavə ödəniş etməyib.

– 2 min ədəd raket və 400 meqalayt tipli reklam lövhələri (yol kənarında maşın sürənlərin görə biləcəyi) icarəyə götürən şirkət onlardan qanunsuz istifadə edib, bələdiyyə buna göz yumub.

Bu “dəhşətli” korrupsiya əməllərindən itki nə qədərdir, maraqlıdır...

 





25.03.2025    çap et  çap et