Vaxt.Az

Şişburunu minən səkkizayaqlı


 

Cənub yarımkürəsindəki ən böyük səkkizayaqlı növü alimləri heyrətləndirib

Şişburunu minən səkkizayaqlı Kürəyində narıncı Maori səkkizayaqlısını daşıyan böyük köpəkbalığının görüntüləri dünya mətbuatının gündəminə çevrilib. 2023-cü ilin dekabrında Yeni Zelandiya sahillərində çəkilmiş görüntülər yenicə ortaya çıxıb.

Ölkənin şimalındakı Hauraki körfəzində ov mövsümünü yaxından izləyən alimlər üç metr uzunluğundakı köpəkbalığı üzərində dayanan səkkizayaqlını müşahidə ediblər.

Oklend Universitetinin dəniz elmləri üzrə alimi Roşel Konstantin, “Əvvəlcə köpək balığının üzərindəki narıncı işarənin yara olduğunu düşündük. Əvvəlcə düşündüm ki, bu şamandıradır? O, balıq ovu qurğusuna düşüb və yaxud qarpun yarası alıb”, – deyib.

Pilotsuz aparatla yaxından nəzər saldıqda, bunun səkkizayaqlı olduğu məlum olub.

Maori səkkizayaqlısı cənub yarımkürəsində ən böyük növdür. Alimlər adətən dənizin dibində rast gəlinən səkkizayaqlını o əraziyə nadir hallarda baş çəkən nəhəng köpəkbalığının üzərində görəndə təəccübləniblər.

"Köpəkbalığı 10 dəqiqədən sonra gözdən itdi, ona görə də sonra nə baş verdiyini sizə deyə bilmərəm. Ancaq səkkizayaqlı bu təcrübəni uzun məsafədə davam etdirmiş ola bilər. Dünyanın ən sürətli köpək balığı növləri olan şişburunun sürəti  saatda 50 kilometrə çata bilir”, – Konstantin deyib.

Alim əlavə edir ki, bu qeyri-adi hadisə dəniz və okean həyatı haqqında nə qədər naməlum olduğunu göstərir: “Köpəkbalığı-səkkizayaqlı qarşılaşması bizə okeanın sirlərini bir daha xatırladır. Okeanoqraf olmağın ən yaxşı tərəflərindən biri odur ki, dənizdə nə görəcəyini heç vaxt bilmirsən. Mühafizə təşəbbüslərini dəstəkləməklə bu kimi qeyri-adi anların baş verməsini təmin edə bilərsiniz”.

 





25.03.2025    çap et  çap et