Han, Pxenyanın davam edən “hərbi təhdidləri” qarşısında xalqı və həyati əhəmiyyətli qaynaqları qorumaq üçün ordunu “tam” hazır olmağa çağırıb.
Han xalqa müraciətində ABŞ prezidenti Donald Trampın yenidən vəzifəyə təyin olunmasından sonra dəyişən iqtisadi və siyasi şərtlərə toxunub.
ABŞ və digər müttəfiqləri ilə əməkdaşlığı gücləndirmək üçün Xarici İşlər Nazirliyinə diplomatik səyləri artırmağı tapşırdığını qeyd edən Han, “Hazırda reallığa çevrilmiş ticarət müharibəsində milli maraqlarımızı təmin etmək üçün bütün bilik və bacarıqlarımı istifadə edəcəyəm”, – deyib.
***
Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Pxenyan administrasiyası ABŞ, Cənubi Koreya və Yaponiyanın martın 17-20-də keçirdiyi birgə dəniz təlimlərinə reaksiya verib.
Pxenyan təlimin əsas məqsədinin Şimali Koreyanın nüvə potensialını müşahidə etmək olduğunu bildirib və düşmən ölkələrin təxribat və təhdidlərinə cavab verəcəklərini qeyd edib.
***
Prezident Yoon Suk Yeol 2024-cü il dekabrın 3-nə keçən gecə televiziya ilə çıxışında “müxalifətin dövlət əleyhinə fəaliyyətə qarışdığını” əsas gətirərək hərbi vəziyyət elan etsə də, parlamentdə keçirilən səsvermədə qərar ləğv edilərək Nazirlər Şurası tərəfindən təsdiqləndikdən sonra geri çəkilib.
2024-cü il dekabrın 14-də Milli Assambleyada keçirilən səsvermədə impiçment tələbi irəli sürülən Yoon Konstitusiya Məhkəməsinin onun haqqında qərarı çıxana qədər vəzifəsindən müvəqqəti olaraq uzaqlaşdırılıb və onun yerinə baş nazir Han Duk-sunun gətirilib.
Müxalifətin təşəbbüsü ilə 2024-cü il dekabrın 27-də Milli Məclisdə səsvermə keçirilib və fevralın 19-da işin ilk iclası keçirilib.
Daha sonra “Prezident Yoon Suk Yeol tərəfindən qəbul edilən hərbi vəziyyət qərarında rolu olduğu” səbəbi ilə vəzifəsindən uzaqlaşdırılan Hanın impiçment tələbi martın 24-də rədd edildi və prezident səlahiyyətlərinin icrasına qayıtmaq əmri verilib.