Səudiyyə Ərəbistanında keçirilən danışıqların yekununda tərəflər aşağıdakı məsələlərdə razılıq əldə ediblər:
▪️ ABŞ və Ukrayna Qara dənizdə ticarət gəmilərinin hərbi məqsədlərlə istifadəsinin qarşısının alınması barədə razılığa gəliblər;
▪️ ABŞ Rusiya Federasiyasının kənd təsərrüfatı məhsulları və gübrə ixracı üçün dünya bazarına çıxışının bərpasına kömək etməyi vəd edib;
▪️ ABŞ Rusiyanın dəniz sığortası xərclərinin azaldılmasına, eləcə də limanlara və ödəniş sistemlərinə çıxışının yaxşılaşdırılmasına dəstək verəcək;
▪️ ABŞ Rusiya və Ukraynada enerji obyektlərinə hücumların qarşısının alınması üçün tədbirlər hazırlayır və bu razılaşmanı həm Rusiya, həm də Ukrayna qəbul edib;
▪️ ABŞ və Ukrayna razılaşıblar ki, ABŞ hərbi əsirlərin mübadiləsi, mülki saxlanılan şəxslərin azad edilməsi və məcburi köçürülmüş Ukrayna uşaqlarının geri qaytarılması prosesinə dəstək verməkdə davam edəcək;
▪️ ABŞ və Ukrayna enerji və dəniz təhlükəsizliyi ilə bağlı razılaşmaların həyata keçirilməsi üçün üçüncü ölkələrin vasitəçilik missiyalarını alqışlayırlar.