Vaxt.Az

Almaniyada yeni dövr başlayıb


 

Həmrəylik mesajı verən ifrat sağçılar köhnə kəndə yeni adət gətirmək istəyib

Almaniyada yeni dövr başlayıb Almaniyada yeni dövr sərt müzakirələrlə başladı. Almaniyada 21-ci dövr Federal Parlamenti (Bundestaq) seçkilərdən 30 gün sonra ilk dəfə toplandı. Şiddətli müzakirələrlə başlayan yeni qanunvericilik dövrünün ilk iclasına Sol partiyadan olan Qroger Qis sədrlik edib.

Birlik və həmrəylik mesajlarının verildiyi ilk iclasda sağçı populist Almaniya üçün Alternativ (AfD) partiyasının “parlament qaydalarının dəyişdirilməsi və parlamentin ən yaşlı deputatının “Alterspräsident” (müvəqqəti parlament sədri) olması təklifi (köhnə kəndə təzə adət) gərginlik yaradıb.

Halbuki, mövcud nizamnaməyə görə, bu vəzifəni ən uzun müddət çalışmış deputat icra edir. Bu qaydaya əsasən, sessiyaya Sol Partiyasından (Die Linke) Qreqor Qisi sədrlik edib.

***

Müzakirələrdən sonra Qreqor Qisi sessiyanın açılış nitqi ilə çıxış edərək, demokratiya daxilindəki fikir ayrılıqlarının dəyərini vurğulayaraq birləşdirici mesajlar verib.

Almaniyanın Sol Partiyasının siyasətçilərindən olan Qreqor Qisi Ukrayna müharibəsi və Yaxın Şərqdəki münaqişələrlə bağlı diqqətçəkən açıqlamalar verib. Qisi Rusiyanın Ukraynaya qarşı təcavüzünü beynəlxalq hüquqa zidd olaraq qiymətləndirib. Qisi ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə edilən atəşkəsin Ukrayna üçün mənfi nəticələrə səbəb ola biləcəyindən narahat olduğunu, Avropanın təşəbbüsü ilə sülh razılaşmasının daha faydalı olacağını bildirib.

 





25.03.2025    çap et  çap et