Vaxt.Az

ABŞ bəzi sanksiyaları ləğv etməyə hazırlaşır


 

“Limanlara və ödəniş sistemlərinə çıxışı yaxşılaşdırmağa kömək edəcək”

ABŞ bəzi sanksiyaları ləğv etməyə hazırlaşır Ağ Evin Ər-Riyadda ABŞ-Rusiya danışıqları ilə bağlı bəyanatında deyilir ki, ABŞ Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı üçün dünya bazarlarına yenidən çıxış əldə etməyə kömək edəcək.

Ağ Evdən edilən yazılı açıqlamada ABŞ və Rusiya texniki heyətləri arasında 23-25 ​​mart tarixlərində Ər-Riyadda Qara dənizdəki vəziyyətlə bağlı danışıqların nəticələri paylaşılıb.

“ABŞ Rusiyanın kənd təsərrüfatı və gübrə ixracı üçün dünya bazarına çıxışını bərpa etməyə, dəniz sığortasının xərclərini azaltmağa, bu cür əməliyyatlar üçün limanlara və ödəniş sistemlərinə çıxışı yaxşılaşdırmağa kömək edəcək”, – deyə məlumatda bildirilir.

Açıqlamada hər iki ölkənin Qara dənizdə təhlükəsiz naviqasiyanın təmin edilməsi və güc tətbiqinin aradan qaldırılması ilə bağlı razılığa gəldiyi ifadə edilərək, kommersiya gəmilərinin hərbi məqsədlər üçün istifadə edilməməsi də vurğulanıb.

Tərəflərin Rusiya və Ukraynanın enerji obyektlərinə hücumların qadağan edilməsi ilə bağlı müvəqqəti atəşkəsin tətbiqi ilə bağlı razılığa gəldiyinə diqqət çəkən açıqlamada, “Üçüncü ölkələrin enerji və dəniz razılaşmalarının həyata keçirilməsini dəstəkləmək üçün xoşməramlı yanaşmaları alqışlanır”, – deyilir.

Bəyanatda həmçinin vurğulanıb ki, ABŞ və Rusiya “davamlı və daimi sülhün bərqərar olması” üçün səylərini davam etdirəcəklər.

 





25.03.2025    çap et  çap et