Vaxt.Az

Dua eləyin!


 

Bir dərviş lazımdı ki, partlada Parisi

Dua eləyin! Mənzərə aydınlaşdı. Bu iki oyunda nəyə qadir olduğumuz, olacağımız, nəyə ümid etməli olacağımız bildik.

Heç nəyə. Dua eləməyə. Keçən dəfə də yazmışdım. Təkrarlamış oldum.

Əvvəla məşqçi nə eləmək istəyirdi, anlamadıq. Xüsusilə də bu matçda. Belarus sakitcə öz oyununu oynadı. Düzülüşü də bəlli, planı da, sistemi də. Elə Haiti kimi təmkinli oynadılar. Xüsusi səhvlər eləmədilər, şanslarından istifadə edib qələbə qazandılar. Biz isə nə oynadıq, necə oynamalı idik, kimə nə tapşırıq verilmişdi, bilinmədi. “Uşaqlar, çıxın öz oyununuzu oynayın” deyilmişdi sanki.

Məşqçi öz yerində, bəs bir Bədavini əvəzləyəcək mərkəz müdafiəçimiz yoxdursa, nəyə ümid edəcəyik?

Coşqun Diniyev ümumiyyətlə niyə yığmadadır? Niyə Elvin Camalov yox, o meydana çıxır ki, bu qədər səhvə yol verir, biz də buna dözürük?

Niyə Nəriman bir işə yaramadığı halda Renata startda şans verilmir? Və s.

Niyələri çox sadalayaram. Sadalamıram. Özünüz də hər şeyi bilirsiz. Təkrardır, elə bur əhəmiyyəti də yoxdur. Çünki...

Çünki ölkə futbolunun təməli dağılıb. Son 15 ildə bu ağacın dibinə hər cür zibil töküblər, kökünü yandırıblar. Elə yandırıblar ki, normal bar verməsi mümkün deyil. Verdiyi bar da xarabdır, yeməli deyil, zəhərdir.

Buna səbəbkar olanlar cavab verməli idilər, amma rahatca çəkilib getdilər, heç bir cəza da görmədilər. Əslində isə məhşər ayağına çəkilməli, məsuliyyət daşımalı idilər. Olmadı. Nəticəsi də göz qabağındadır.

Parisdən bizə xeyir gəlməyib, gəlməyəcək də.

Bir dərviş lazımdı, partlada oraları.

 





25.03.2025    çap et  çap et