ABŞ Prezidenti Donald Tramp fevral ayında Ticarət Departamentinə misə görə potensial tariflərlə bağlı araşdırma aparmağı və 9 ay ərzində hesabat təqdim etməyi tapşırıb. Lakin adının açıqlanmasını istəməyən mənbələrə görə, prosesin daha əvvəl yekunlaşacağı gözlənilir.
Trampın tez-tez tariflər tətbiq etməyi planlaşdırdığı qeyd edən bəzi mənbələr hesabatın əsasən formal xarakter daşıdığını düşünür.
Proseslə tanış olan bir məmur, hökumətin araşdırmanı sürətlə davam etdirdiyini və nəticənin həmin müddətdən çox əvvəl elan edilə biləcəyini söyləyib.
Ağ Ev bununla bağlı şərh verməkdən imtina edib. Fevral ayında Ağ Evin ticarət müşaviri Peter Navarro araşdırmanın tez bitəcəyini deyib: “Yeni ticarət katibimiz Hovard Lutnik, araşdırmanın nəticələrini mümkün qədər tez prezidentin masasına çatdırmaq üçün ”Tramp vaxtı” adlandırdığım müddətdə hərəkət edəcək”.
Tramp bütün mis idxalına 25 faizə qədər tariflər tətbiq etməklə hədələyib. Bu addım borular və elektrik naqilləri kimi bir çox sahədə istifadə edilən dünyada ən çox yayılmış metallardan biri olan mis üçün qlobal bazarı yüksəldə bilər.