Trampın tarif siyasətinin ABŞ iqtisadiyyatına təsiri ilə bağlı narahatlıqlar davam edərkən, indekslər gün ərzində dalğalanan bir seyr izləyib.
“S&P 500” 0,16 faiz, “Nasdaq 100” isə 0,53 faiz bahalaşıb ki, bu da əvvəlki gündən xeyli aşağı idi. “Tesla Inc.” 5 günlük yüksəlişini yüzdə 28-ə çatdırarkən, çip nəhəngi “Nvidia Corp”da eniş baş verib.
Bazar optimizmini zəiflədən amillərdən biri ABŞ-da istehlakçı inamının son dörd ildə ən aşağı səviyyəyə enməsi olub. Hətta FED-in bu il faiz dərəcələrini aşağı salacağı ilə bağlı artan gözləntilər belə optimist effekt yaratmayıb. ABŞ istiqrazlarının faizləri aşağı düşüb. ABŞ-ın 10 illik xəzinə notlarının gəlirliliyi 2 baza bəndi azalaraq 4,31 faiz təşkil edib.
“Bloomberg Dollar” İndeksi günü 0,11 faiz enişlə başa vuraraq, dörd günlük yüksəliş silsiləsinə son qoyub.
Asiya səhmləri, Trampın gözlənilən tarifləri və ABŞ-da istehlakçıların inamının azaldığını göstərən məlumatlar fonunda dar diapazonda ticarət edir.
“MSCI Asiya Sakit Okean” İndeksi üç günlük enişdən sonra 0,2 faiz yüksələrək erkən itkiləri silib.