Vaxt.Az

Ən ziyansız hesab olunurdu


 

Vegetarian və pəhriz saxlayanların sevimli qidası idi

Ən ziyansız hesab olunurdu Mütəxəssislər Avstraliyada tez-tez istehlak edilən yulaf südü ilə bağlı xəbərdarlıq ediblər. Sağlam qida olduğu üçün vegetarianlar və ya pəhriz saxlayanlar tərəfindən istehlak edilən yulaf südü düşünüldüyü qədər ziyansız deyil. Çünki 1 stəkan süddə 4 dilim ağ çörəyə bərabər karbohidratlar var.

Bəzi markalar sağlam olsa da, bir çox yulaf südü markasında bitki yağlarından istifadə etdiyi məlum olub. Mütəxəssislər xəbərdarlıq ediblər ki, bu süd tez xarab olur və orqanizmdə iltihab yarada bilər.

O da bildirilib ki, yulaf südünün hazırlanması zamanı yulafın təbii qida maddələri məhv edilir və süni zənginləşdirmədən istifadə olunur. Bəzi markalar hətta xidmət başına 16 qrama qədər şəkər əlavə edirlər. Bu dörd çay qaşığına bərabərdir.

Mütəxəssislər həmçinin bildirirlər ki, yulaf südü mədəsi həssas olanlar üçün məsləhət deyil. Çünki südün istifadə müddətini uzatmaq üçün istifadə edilən qatılaşdırıcılar və stabilizatorlar həzm problemlərinə səbəb ola bilər. Yulaf südü əvəzinə o, şəkərsiz badam südü və ya süd məhsullarına dözümsüz olanlar üçün üzvi təbii süd istifadə etməyi məsləhət görür.

 





26.03.2025    çap et  çap et