Vaxt.Az

Alov qədim məbədi məhv edib


 

Cənubi Koreyada meşə yanğınlarında ölənlərin sayı 16-ya çatıb

Alov qədim məbədi məhv edib Cənubi Koreyanın Kyonqsan əyalətlərində martın 21-dən bəri davam edən meşə yanğınları nəticəsində ölənlərin sayı 16-ya, xəsarət alanların sayı isə 19-a çatıb. Alovla mübarizənin davam etdiyi bildirilib. Quru hava və külək səbəbindən alov sürətlə geniş əraziyə yayılıb. Cənubi Koreyanın daxili işlər və təhlükəsizlik üzrə müvəqqəti naziri Ko Ki-donq dünən verdiyi açıqlamada yanğınsöndürmə işlərinin davam etdiyini, lakin dəyən ziyanın artdığını bildirib.

Cənubi Kyonqsan əyalətində başlayan və qısa zamanda Şimali Kyonqsan əyalətinə yayılan meşə yanğınları nəticəsində zərərçəkənlərin sayı durmadan artır. Yerli hakimiyyət orqanlarından əldə edilən məlumata görə, alov Şimali Kyonqsan əyalətinin Uiseong bölgəsindəki qədim Qounsa məbədini də məhv edib. Ümumi ən azı 15 min hektara qədər kül olub. Bildirilib ki, yanğın təhlükəsi səbəbindən 5500 nəfər təhlükəsiz ərazilərə təxliyə edilib.

Ölkənin Ədliyyə Nazirliyi həmçinin Şimali Kyonqsan əyalətindəki həbsxanada olan 500-ə yaxın məhbusun yanğın təhlükəsi səbəbindən təhlükəsiz bir müəssisəyə köçürüldüyünü açıqlayıb. Bildirilib ki, 5 min hərbçi və 146 helikopterin dəstəyi ilə yanğınsöndürmə işləri davam etdirilir.

 





26.03.2025    çap et  çap et